SON DƏQİQƏ
» » Zəhra Pezeşkianın Bakı mesajı: Ailə dəyərləri və dostluq vurğusu

Zəhra Pezeşkianın Bakı mesajı: Ailə dəyərləri və dostluq vurğusu

Tarix:

23-12-2025, 12:20

/ 3 674 dəfə oxundu.
Zəhra Pezeşkianın Bakı mesajı: Ailə dəyərləri və dostluq vurğusu

İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian Bakıda keçirilən beynəlxalq konfransda iştirak edib.

GunAz.az xəbər verir ki, Bakıda "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda keçirilən konfransda çıxış edən Zəhra Pezeşkian Azərbaycan və İran arasındakı münasibətlərə dair mühüm mesajlar verib.

"Bura gəlməkdən böyük məmnunluq duyuram"

Zəhra Pezeşkian Azərbaycana səfərindən məmnunluğunu dilə gətirərək bildirib:

"Bu diyara gəlmək və Azərbaycanda bacı-qardaşlarım ilə görüşməkdən böyük məmnunluq duyuram. Bir müddət əvvəl atam, İran Prezidenti Məsud Pezeşkian ilə birlikdə Bakıya və Xankəndiyə səfər etməmiz, müsəlman və qonşu ölkələr olan İran və Azərbaycan arasında dostluğun, dərin mənəvi bağlılığın göstəricisidir".

Ortaq dəyərlər və qadının rolu

Çıxışı zamanı iki ölkə arasındakı tarixi və mədəni bağlara toxunan Z. Pezeşkian, ailə institutunun qorunmasının vacibliyini vurğulayıb:

-Tarixi köklər: "Tarixi, mədəni və dini baxımdan ortaq köklərə və dəyərlərə malik olan bu iki ölkə üçün ailə institutunun qorunması əsas və ortaq dəyərlərdən biridir".

-Qadın faktoru: "Biz İslam baxışına əsasən qadını gözəlliyin və ləyaqətin təcəssümü hesab edirik. Qadın ailənin, mədəniyyətin və tərbiyə sisteminin mərkəzində mühüm, formalaşdırıcı rol oynayır".

скачать dle 12.1

Şərhlər