
30 noyabr üçün bürclərin qısa proqnozlarını sizin üçün təqdim edirik:
♈ Qoç: Günün ilk yarısında yüngüllüyə meyl edəcəksiniz. Emosional gərginlik mümkündür, xüsusilə yaxınlarınızla münasibətlərdə səbirli olun. Mühüm qərarları öz cinsinizdən olan insanlarla müzakirə etmək daha yaxşı olar.
♉ Buğa: İşgüzar məsələləri müzakirə etmək üçün əlverişli gündür. İnamsınız və əzmkarlığınız danışıqlarda uğur gətirəcək. Şəxsi münasibətlərdə illüziyalardan uzaq durun, reallıqla əlaqəni itirməyin.
♊ Əkizlər: Günün birinci yarısı çox uğurludur; məhsuldar işləyəcək, nüfuzlu insanların rəğbətini qazanacaqsınız. Axşama doğru emosiyalarınız ağlınıza üstün gələ bilər, hərəkətlərinizə diqqət edin.
♋ Xərçəng: Kiçik anlaşılmazlıqlar olsa da, ümumilikdə uğurlu gündür. Problemləri inkişaf etməzdən əvvəl həll edə bilirsiniz. İntuisiyanız kəskindir, qəfil fikirlər uğur gətirə bilər.
♌ Şir: Günün əvvəlində gərginlik və ya pis xəbərlər ola bilər, lakin diqqət mərkəzində olmağınız davam edir. Tələsik qərarlardan çəkinin. Özünüzdən asılı olmayan vəziyyətlərə görə əsəbiləşməyin.
♍ Qız: Planlı və ardıcıl işləmək ən böyük avantajınızdır. İşdə kiçik anlaşılmazlıqlar mümkündür, lakin diplomatik yanaşma ilə hər şeyi həll edəcəksiniz. Münasibətlərdə sabitlik hakimdir.
♎ Tərəzi: Sosial aktivliyiniz artır, yeni tanışlıqlar və maraqlı söhbətlər sizi motivasiya edəcək. İş və şəxsi planlarınızla bağlı irəliləyiş ola bilər. Kreativ fəaliyyətlər uğur qazandırır.
♏ Əqrəb: Hissləriniz güclü, intuisiya olduqca kəskindir. Gözlənilməz bir sirr, xəbər və ya etiraf gündəminizi dəyişə bilər. Maliyyə mövzularında ehtiyatlı olun.
♐ Oxatan: Ayı nəzərdən keçirmək və dekabr ayı üçün plan qurmaq üçün yaxşı gündür. İntuisiyanız növbəti addımı atmaqda kömək edəcək. Maliyyə uğuru mümkündür.
♑ Oğlaq: Emosional təsirlər güclü ola bilər, xüsusilə ailə və şəxsi münasibətlərlə bağlı qərar verməkdə çətinlik çəksəniz də, axşama doğru hər şey aydınlaşacaq. İşdə dəstək gözlənilir.
♒ Dolça: Sosial dairənizdə böyük canlanma var. Planlaşdırılmamış görüş və təkliflər gündəminizi dəyişə bilər. Uzaqdan gələn xəbər sizi sevindirə bilər.
♓ Balıqlar: Münasibətlərdə dürüstlük və şəffaflıq harmoniya gətirəcək. Daxili səsinizi dinləyin. Fiziki enerji artır, idmanla məşğul olmaq üçün əlverişli zamandır.
































