
Qoç (21 Mart - 20 Aprel)
Bu gün ciddi problemləri götür-qoy etmək üçün əlverişli gündür. Situasiyanı analiz etmək və başqalarının nəzərdən qaçırdığı detalları görmə qabiliyyətiniz yüksəkdir. Uzunmüddətli təsiri olan qərarlar vermək olar. Həm öz gücünüzü, həm də yaranan şəraiti düzgün qiymətləndirirsiniz. Bəzi Qoçlar üzərlərinə götürdükləri məsuliyyətləri sözsüz yerinə yetirəcəklər.
Buğa (21 Aprel - 21 May)
Məhsuldar və maraqlı bir gün gözlənilir. Bir çox problemləri qeyri-standart yanaşma yolu ilə həll edə bilərsiniz. İri alış-veriş etmək olar, xüsusən də xanım Buğalar imiclərini yeniləməkdən məmnun qalacaqlar. Axşam saatları romantik görüş vəd edir, bu görüş unudulmaz ola bilər.
Əkizlər (22 May - 21 İyun)
Bu gündən çox şey gözləməyin. Azacıq maneə ilə qarşılaşan kimi başladığınız işləri yarımçıq qoymağa meylli ola bilərsiniz. Lakin, işgüzar danışıqlarda şəxsi simpatiyanızı nümayiş etdirməklə nüfuzlu bir şəxsdən dəstək ala bilərsiniz. Ünsiyyət üçün uğurlu gündür.
Xərçəng (22 İyun - 22 İyul)
Yaxşı və asan bir gündür. Arxayınlaşıb ümumi axına qoşulmaq olar, o, sizi istədiyiniz yerə aparacaq. İntuisiyanızı dinləyin, verdiyiniz vacib qərarlar səhvsiz olacaq. Yaxın zamanda həyatınızı dəyişə biləcək bir insanla rastlaşma ehtimalınız var.
Şir (23 İyul - 23 Avqust)
Əgər bu gün ciddiləşsəniz, heyrətamiz nəticələr qazana bilərsiniz. Nailiyyətləriniz inanılmaz ola bilər. Yeni əlaqələr karyeranızda böyük təkan yarada bilər. Kiçik detallara çox fikir verməyin.
? Qız (24 Avqust - 23 Sentyabr)
Xoş, asan və maraqlı gündür. Detallara olan diqqətiniz sizə işdə və gündəlik həyatda kömək edəcək. Maliyyə məsələlərinə diqqət yetirin, uğurlu sövdələşmələr mümkündür.
⚖️ Tərəzi (24 Sentyabr - 23 Oktyabr)
Bu gün həm işgüzar, həm də şəxsi görüşlər uğurlu keçəcək. İnsanlarla ünsiyyət qurmaq asan olacaq, yeni tanışlarla tez ortaq dil tapa biləcəksiniz. Tərəzilər üçün yeni romantik münasibətlərin başlanması mümkündür.
Əqrəb (24 Oktyabr - 22 Noyabr)
"Özüm hər şeyi bilirəm" fikri ilə ətrafınızdakıların xoşuna gəlməməyiniz mümkündür. Bir qədər xoşrəftar olun və təmasda olduğunuz şəxslərlə nəzakətli davranın. Xırdaçılığa meyl etməyin.
Oxatan (23 Noyabr - 21 Dekabr)
Planetiniz olan Yupiterin aktivlik nöqtəsinə çatması sizi bir neçə uğurlu hadisə ilə rastlaşdıracaq. Darıxdığınız adamları görəcək, təzə xəbərlər eşidəcəksiniz. Mənəvi və maddi uğurun artması mümkündür.
Oğlaq (22 Dekabr - 20 Yanvar)
Həddindən ziyadə uğurlu gündür. Göy qübbəsi qarşınıza bir neçə xoş sürpriz çıxaracaq. Bütün iştirakçısı olduğunuz sövdələşmələr əhəmiyyətli olacaq. Axşam qonaqlıq gözlənilir. Merkuri möcüzələrə inanmağa kömək edir.
Dolça (21 Yanvar - 18 Fevral)
Risk etmək olmaz. Əks təqdirdə bütün proseslər əleyhinizə işləyəcək. Xüsusilə pul və sənədləşdirmə məsələlərində ayıq-sayıqlığınızı artırın. Yalnız adi işlərlə məşğul olun.
Balıqlar (19 Fevral - 20 Mart)
Ayın bürcünüzdə olması fikirlərinizdə çaşqınlıq yarada bilər. Əgər bunu hiss etsəniz, bütün ciddi işləri təxirə salmalısınız. Qida rejiminizə fikir verin. Uzaq yola çıxmaq məsləhət deyil.
































