İctimai nəqliyyatda sərnişin sıxlığının artması bu nəqliyyat növündən istifadə edənlər arasında vəziyyəti pisləşənlərin, ürəyi gedənlərin sayının artmasına səbəb olur. Havanın dəyişkənliyi, sıxlıq, stress və sağlamlıq problemləri bu kimi halların başlıca səbəbləri kimi göstərilir. İctimai nəqliyyatda baş verən bu hadisələrin qarşısını almaq üçün həm vətəndaşların, həm də nəqliyyat qurumlarının müəyyən profilaktik tədbirlər görməsi vacibdir.
GunAz.az bildirir ki, Sfera.az-a açıqlama verən terapevt Zaur Orucov bildirib ki, səbəblər 2 böyük qrupa ayrılır:
“Birinci qrup adi ürəkgetmələrdir. İstidən, havasızlıqdan insanlar özlərini pis hiss edirlər və ürəkgetmə baş verir. Əgər isti havada susuzluqdan baş verirsə bu hallar, təhlükəli ola bilər. İkincisi isə ürək-damar problemləri, ritm problemləri, ürəyin hər hansısa bir xəstəliyinin kəskinləşməsi, bunlar daha ciddi problemlərdir”.
Həkim belə hallarda çıxış yollarını da vurğuladı:
“Çıxış yolu sürücülər metro işçiləri, ümumiyyətlə cəmiyyətdə çox insanlar “Basic Life Support” (BLS) adlı anlayışı öyrənməlidirlər. İlk yardımı göstərməyi bilməlidirlər. Bunun üçün sürücülər, metro işçiləri bu kursu keçə bilərlər. Adi insanlar isə, öz təşəbbüsü ilə bunu edə bilərlər. Həm işçilər, həm də sadə insanlar bu anlayışı öyrənməlidir. Dünyada defibrillatorlardam istifadə ilə bağlı təcrübə var. Hətta metro stansiyalar da “public defibrillatorlar” var. İlk yardım kursu keçən insanlar, sertifikatı olan insanlar bundan istifadə etməyi bacarmalıdırlar”.
Müsahibimizin sözlərinə görə, belə halların az olması üçün avtobus və metrolarda havalandırma sistemlərindən istifadə olunmalıdır.
Orucov fərdi profilaktika tədbirlərinin görülməsinin vacib olduğunu da qeyd etdi:
“İctimai nəqliyyatdan istifadə edən sərnişində əgər ürəklə bağlı problemlər olursa, keçmişdə belə ürəkgetmələr olubsa, belə insanlar diqqətli olmalıdır, insanların çox sıx olduğu, havasız yerə daxil olmamalıdır. Həmin insanların təmasda olduğu həkimləri olmalıdır və müraciət edib, müalicə almalıdırlar. Əgər risk qrupundadılarsa, pik saatlarda nəqliyyatdan istifadə tövsiyə olunmur”.