
Yuxumuz çin olmadı ki,
Dərd bizdən gen olmadı ki,
Günümüz gün olmadı ki,
Həsrətlə verib əl-ələ
Ömrünü sür, elə-belə.
Yayda durdu, qışda durdu,
Gözdən axan yaşda durdu,
Haqq yeyənlər başda durdu,
Əl eylədi gülə-gülə
Ömrünü sür, elə-belə.
Tamlanacaq yarım dedin,
Göyərəcək darım dedin,
Neft varımdı, varım dedin,
Sənin deyil o neft, lələ
Ömrünü sür, elə-belə.
Boş ümiddi "baxaq", "görək",
Nə qalmadı çəkək, sürək,
Göz yaşına doğra çörək,
Ye, ay yetim, gülə-gülə,
Ömrünü sür, elə-belə.
XATİRƏ ƏZİZ
Şair-publisist



























