SON DƏQİQƏ
» » Radarda sürəti azaldan sürücülərə XƏBƏRDARLIQ

Radarda sürəti azaldan sürücülərə XƏBƏRDARLIQ

Tarix:

23-10-2025, 10:10

/ 3 414 dəfə oxundu.
Radarda sürəti azaldan sürücülərə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi sürücüləri diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.
Bu barədə GunAz.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması Nazirliyin əsas prioritet istiqamətlərindəndir:
"Baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır.
Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir".
скачать dle 12.1

Şərhlər