SON DƏQİQƏ

Padşahın vergi HEKAYƏTİ

Tarix:

11-10-2025, 22:35

/ 3 482 dəfə oxundu.
Padşahın vergi HEKAYƏTİ

Bir gün padşah sarayında oturarkən küçədən səs-küy eşidir. Baxanda görür ki, bir yaşlı adam alma satır Ətrafı da camaatla doludur. Hamı alma alır.
Padşah baş vəziri çağırıb deyir:- Al bu 5 qızılı, get qalan almanın hamısını al, həm də almasatan tez satıb gedib dincəlsin.
Baş vəzir qızıldan birini götürür və vəzirlərdən birini çağırır:- Bu 4 qızılı götür, get padşaha alma al.
Vəzir də qızıldan birini götürüb vəkili çağırır:- Al bu 3 qızılı, get padşaha alma al. Vəkil də qızıldan birini götürüb eşik ağasını çağırır:- Al bu 2 qızılı, get padşaha alma al.
Eşik ağası da qızıldan birini götürüb qapıçını çağırır:- Al bu 1 qızılı, get padşaha alma al.
Qapıçı qızılı cibinə qoyur və alma satanın yaxasından tutub onu silkələyib deyir: - Ey, nə qışqırırsan? Bura bazardır, yoxsa saray? Tez ol buradan get, qalan 5 kisə almanı da müsadirə edirəm. Canını bağışladığıma dua et.
Qapıçı eşik ağasının yanına qayıdanda almanın bir kisəsini özünə götürür və deyir: - Budur 1 qızıla  4 kisə alma aldım.
Eşik ağası almanın bir kisəsini özünə götürüb 3 kisəni vəkilə verir:- Budur, 2 qızıla 3 kisə alma.
Vəkil bir kisə almanı özünə götürüb vəzirin yanına gedir:- Budur, 3 qızıla 2 kisə alma aldım.
Vəzir də almanın bir kisəsini özünə götürüb baş vəzirin yanına gedir:- Budur, 4 qızıla 1 kisə alma aldım.
Baş vəzir kisədəki almadan 5 ədədini qızıl nimçəyə qoyub qalanını özünə götürür və padşahın hüzuruna çıxır:- Padşah sağ olsun, 5 qızıla 5 alma aldım.
Padşah fikrə gedir: “5 qızıl verib 5 alma aldım. Deməli məmləkətdə almanın biri bir qızıla satılır. Camaat da necə həvəslə alırdı. Yəni ki, məmləkət əhalisinin vəziyyəti çox yaxşıdır. Hamıda çoxlu qızıl var. Dərhal vergiləri artırmalıyıq...
скачать dle 12.1

Şərhlər