SON DƏQİQƏ
» » Həmyerlimizin Qırğızıstanda DİQQƏT ÇƏKƏN GÖRÜŞÜ-FOTO

Həmyerlimizin Qırğızıstanda DİQQƏT ÇƏKƏN GÖRÜŞÜ-FOTO

Tarix:

23-07-2025, 23:33

/ 3 860 dəfə oxundu.
Həmyerlimizin Qırğızıstanda DİQQƏT ÇƏKƏN GÖRÜŞÜ-FOTO


Qırğızıstan Prezidentinin “İntimak Ordo” iqamətgahında Qırğızıstan Prezidenti Sadır Japarov və Monqolustan Prezidenti Uxnaaqyin Xurelsux arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Prezident Sadır Japarov köçəri həyat tərzinin, tarix və mədəniyyətin iki ölkəni bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib və bu səfərin ikitərəfli əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.
Bu görüşə dəvət alan, Qırğızıstanda fəaliyyət göstərən "Türkdilli Dövlətlərin Siyasətinə Dəstək" Fondunun sədri, Nüsrət Məmmədov və qızı Qırğızıstan "Xarici İşlər Nazirliyinin Kazı Dikambaev adına Diplomatik Akademiyası"nın 2-ci kursunu bitirmiş Aytən Məmmədovanın yer alması və rəsmi şəxslərlə şəkil çəkdirməyə dəvət olunması diqqət mərkəzində olub. 
Xatırladaq ki, Nüsrət Məmmədov Qırğızıstanda, həmçinin orta Asiyada diasporamızı layiqıncə yaşadır, öz maliyyəsi hesabına Azərbaycanımızın tarixi, siyasi, ziyalı şəxslərimizin haqqında kitablar nəşr etdirərək pulsuz paylayır.
Bilman İSAQ

скачать dle 12.1

Şərhlər