SON DƏQİQƏ
» » Qəlbləri birləşdirən, təhsilə,gələcəyə aparan YOLLAR!

Qəlbləri birləşdirən, təhsilə,gələcəyə aparan YOLLAR!

Tarix:

4-06-2025, 09:45

/ 4 795 dəfə oxundu.
Qəlbləri birləşdirən, təhsilə,gələcəyə aparan YOLLAR!

Bəzən bir yolun çəkilməsi sadəcə fiziki məsafəni qısaltmaq deyil – o, qəlbləri birləşdirən, ümidləri yaşadan, gələcəyə aparan mənəvi bir körpüdür. 
Bu gün Kəngərli rayonundakı Şahtaxtı gömrük yolu və Şərur rayonunun Təzəkənd avtomobil yolu məhz belə bir anlam kəsb edir.
     İyunun 3-də Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfli aparılan əsaslı təmir işləri ilə yerində tanış olaraq bir daha sübut etdi ki, Naxçıvanın hər kəndi, hər yolu ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
     Əhalinin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə Şahtaxtı gömrük avtomobil yolunun 5,1 kilometrlik hissəsi möhkəmləndirilib, ikiqat asfalt örtüyü ilə təmin olunub. Eyni şəkildə, Şərur rayonunun Təzəkənd kənd yolunda 6,3 kilometrlik hissədə aparılan təmir işləri – yağış və qrunt suları üçün beton kanallar, suötürücü metal borular – kənd həyatına yeni nəfəs verib.
     Bu işlərin yalnız texniki yox, mənəvi tərəfi də var. Təzəkənd sakinlərinin təmir olunan yollara baxarkən üzlərindəki məmnunluq, səmimi minnətdarlıq duyğusu daimi arzuladıqları diqqətin bu gün reallığa çevrildiyini göstərdi.
     Eyni gün Şərur rayonunun Təzəkənd tam orta məktəbində yaradılmış şəraitlə tanışlıq isə təhsilə verilən diqqətin növbəti bariz nümunəsi oldu. 110 yerlik müasir məktəb binası, yeni tədris imkanları və müəllimlərin razılıqla dolu sözləri onu deməyə əsas verir ki, bölgələrdə təkcə yollar yox, bilik yolları da salınır.
     Bu inkişaf və abadlıq prosesində daim ön sırada olan, rayonuna dəyər verən, insanına yaxın olan bir rəhbər var – Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal müəllim. Onun rəhbərliyi ilə bu gün Şərur rayonu təkcə fiziki olaraq dəyişmir, eyni zamanda düşüncə, idarəetmə və xidmət baxımından da yenilənir.
     Bu yazı vasitəsilə bir müəllim və bir vətəndaş kimi dərin təşəkkürümü bildirirəm – cənab Fuad Nəcəfliyə və Kamal müəllimə. Sizlərin apardığı işlər sadəcə yol çəkmək deyil, insanlara ümid, kəndlərə nəfəs, bölgələrə can verməkdir.
     Siz bu xalqın yaddaşına xidmət edən rəhbərlər kimi yazılırsınız – minnətdarıq!
Məhərrəm TAĞIZADƏ

REDAKSİYADAN: Naxçıvan çiçəklənməkdə davam edir, buna misal müşahidə etdiyimiz, Şərur rayon dağlar qoynunda yerləşən Tənənəm kəndinə, hər bir qapıya qədər, müasir yolun çəkilişi, abadlıq işlərinin aparılması oldu. Həqiqətən abad yol insanların bir-birinə yaxınlaşması üçün körpü rolunu oynayır.
скачать dle 12.1

Şərhlər