Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı bu gündən etibarən qüvvəyə minib və icra edilir.
GunAz.az-ın məlumatına görə, humanizm prinsiplərinə əsaslanan bu sənəd 220 nəfəri əhatə edir. Onlardan 175-i azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən tam azad olunub.
Əfv olunanlar törətdikləri əmələ görə peşman olduqlarını, cəza müddətində isə nümunəvi davranış sərgilədiklərini bildirirlər.
Budəfəki sərəncamla azad edilənlərdən 16 nəfəri əcnəbidir. Onlardan 5-i İran, 4-ü Rusiya, 2-si Pakistan, 2-si Gürcüstan, digərləri isə Fransa, Türkiyə və Əfqanıstan vətəndaşlarıdır.
Əfv təkcə azadlıqdan məhrum edilənlərə aid deyil, cəza növlərinə görə fərqləndirilmiş yanaşma da tətbiq olunub. 10 nəfər azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad olunuGunAzb. 4 nəfər islah işləri, 1 nəfər isə cərimə cəzasından tam azad edilib. Bundan başqa, 25 nəfərin cəza müddəti yarıya qədər azaldılıb.
Qeyd edək ki, əfv olunanlar arasında 10 qadın da var. Əfv yalnız hüquqi akt deyil, həm də sosial bərpa prosesidir. Buraxılan hər bir məhkumun arxasında bir ailənin sevinc göz yaşları dayanır.
Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edirik.