SON DƏQİQƏ

Kartlardan oğurluqlar davam edir

Tarix:

29-04-2025, 08:22

/ 3 448 dəfə oxundu.
Kartlardan oğurluqlar davam edir

Son 2 gündə vətəndaşların kartlarından 12 min manatdan artıq pul oğurlanıb.
GunAz.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, aprelin 26-da və 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 2500, 2170, 2000, 927, 497, 416, 415, 320, 312, 165, 160, 140, 79, 78, 71, 52, 50, 49, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik vətəndaşları kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sistemlərə giriş üçün lazım olan loqin və şifrələri, kartın PİN kodu kimi məxfi məlumatları başqaları ilə bölüşməməyə çağırıb.
скачать dle 12.1

Şərhlər