Bakı nə qışa, nə qara, nə yağışa hazır olur...
Məmurlar nə işlə məşğuldur bəs?
Çox-çox təəssüflər olsun ki, gecədən başlayan küləkdən və yağışdan sonra paytaxt Bakının bir çox ərazilərində, eləcə də Binəqədi rayonunun Biləcəri qəsəbəsində, həmçinin Bakıətrafı bəzi qəsəbə və kəndlərdə ekektrik enerjisinin verilişi dayandırılıb, hələ də bərpa olunmayıb.
Hanı bəs bu ölkənin Avropanı qabaqlayan inkişafı? Bəzi deputatlar və məmurlar deyirdi ki, Azərbaycanın inkişafı Qərb və Avropa ölkələrini də ötüb keçib.
Budurmu inkişaf?
Yağış suyu Bakıda bəzi yeraltı tunelləri, fərdi yaşayış evlərini, hətta sərnişin daşıyan avtobusları bürüyərək cənginə alıb.
Bakı Şəhər İcra Hakimiyyəti yaz yağışına belə hazırdımı?
Bir çox fərdi yaşayış evlərini, həyətləri su basıb, sərnişin avtobuslarının salonu küçələrin, yolların suyu ilə dolub.
Məmurlar necə işləyir axı?
Ölkənin paytaxtı olan Bakı şəhərində bu nə biabırçılıqdır baş verir? Yağışdan və küləkdən sonra yaranan fəsadlar, biabırçı və xoş olmayan hallar bir daha onu sübut edir ki, yüksək vəzifəli şəxslər, məmurlar öz işinə çox səhlənkar yanaşır. Hətta bəzi məmurlar demək olar ki, öz yerində deyil, yəni tutduğu vəzifəyə layiq deyil.
Ötən ilin payızında yağan yağışlı günlərdə yeraltı keçidlərdə, yollarda yaranmış bir çox problemlər bu ilin yaz yağışında yenə də baş verdi.
Deməli, cavabdeh olan məsul şəxslər yeraltı keçiddə baş vermiş ötənilki faciədən 6 ay vaxt keçməsinə baxmayaraq, yeraltı keçidlərdəki problemləri hələ də həll etməyiblər. Yağış suyu fərdi yaşayış evlərinə ona görə dolub ki, paytaxt Bakı şəhərində kanalizasiya sistemi çox bərbad gündədir. Çox təəssüf olsun bu xoşagəlməz hallara.
Axşam saatlarından Bakının bir çox ərazilərində kəsilmiş elektrik enerjisi nə vaxt bərpa olunacaq? Belə məsuliyyətsizlik olarmı? Çox təəssüf hissilə deyirik ki, hələ də bir çox ərazilərdə elektrik energisinin verilişi bərpa olunmayıb.
Bir neçə saatlıq yağışdan və küləkdən sonra baş verən bütün bu xoşagəlməz hallardan belə məlum olur ki, Bakı Şəhər İcra Hakimiyyəti ən pis işləyən qurumlardan biridir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizov, Bakı nə üçün qışa, qara və yağışa hazır olmur? Buna səbəb nədir? Bəlkə açıqlayasınız bu səbəbləri hörmətli Eldar müəllim?
Cənab məmurlar, sizlər nə işlə məşğul olursunuz bəs? Bu qədər məsuliyyətsizlik olarmı? İşinizdə niyə səhlənkarlıq edirsiniz?
Cənablar, bəlkə cavab verəsiniz?
Sizcə, bu biabırçılıqlara nə ad vermək olar?
Cavabınızı gözləyirik cənab məmurlar...
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist