SON DƏQİQƏ

Dövlət bu şəxslərə ev verəcək

Tarix:

Dünən, 11:46

/ 3 329 dəfə oxundu.
Dövlət bu şəxslərə ev verəcək

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə dəstək, qayğı dövlətin diqqət mərkəzində olan əsas məsələlərdəndir. Trend-in əldə etdiyi məlumata görə, növbəti dəfə bir sıra əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri yeni mənzillərlə təmin olunacaq.
GunAz.az xəbər verir ki, bu şəxslər üçün Ağstafa rayonunda 3 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzillər satın alınacaq.
Belə ki, artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlərə başlanılıb.
Agentlik sözügedən işlərin 844,5 min manata başa gələcəyini ehtimal edir.
скачать dle 12.1

Şərhlər