SON DƏQİQƏ

Bakı-Şamaxı magistral yolunda son vəziyyət

Tarix:

22-02-2025, 21:14

/ 2 594 dəfə oxundu.
Bakı-Şamaxı magistral yolunda son vəziyyət

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı və Qobustan rayonlarından keçən hissəsi qardan və buz qatından təmizlənib. Paralel olaraq, Şamaxı-Pirqulu avtomobil yolunda da işlər aparılır və yaranmış çətinliklər aradan qaldırılıb.
GunAz.az xəbər verir ki, bu barədə danışan 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı gecəli-gündüz növbəli şəkildə bütün işçi heyəti və texnikaların yolları qardan təmizlədiyini bildirib.
Qeyd edək ki, fevralın 20-si səhər saatlarından etibarən Qobustan və Şamaxı rayonları ərazisinə yağan qar axşam saatlarında daha da intensivləşib. Bunun nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-120-ci kilometrliyində buzlaşma yaranıb.

скачать dle 12.1

Şərhlər