SON DƏQİQƏ
» » Bakı-Şamaxı-Yevlax avtomobil yolunda torpaq sürüşməsi aktivləşib

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda torpaq sürüşməsi aktivləşib

Tarix:

6-02-2017, 13:48

/ 3 006 dəfə oxundu.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda torpaq sürüşməsi aktivləşib

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu kilometrliyində torpaq sürüşməsi aktivləşib. 
Bu barədə "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Bu hissədə yol 40-50 sm çöküb.
Həmin hissənin bərpası üçün əraziyə "Azəravtoyol”un texnikası və canlı qüvvəsi cəlb olunub.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər