SON DƏQİQƏ
» » Sabahdan bu küçələrdə hərəkət məhdudlaşdırılır

Sabahdan bu küçələrdə hərəkət məhdudlaşdırılır

Tarix:

31-01-2025, 12:38

/ 3 343 dəfə oxundu.
Sabahdan bu küçələrdə hərəkət  məhdudlaşdırılır

Fevralın 1-i saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasındakı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
GunAz.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudlaşma ərazidə aparılacaq təmir-tikinti işləri ilə əlaqədardır və işlər bitənədək qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.
скачать dle 12.1

Şərhlər