SON DƏQİQƏ

Jurnalistlər üçün müsabiqə elan olundu

Tarix:

12-03-2017, 01:03

/ 3 996 dəfə oxundu.
Jurnalistlər üçün müsabiqə elan olundu

"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətə başlamasının bir ili münasibəti ilə KİV nümayəndələri arasında " Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı: aqrar sektorda tədarük-təchizat sisteminin üstünlükləri”  mövzusunda yaradıcılıq müsabiqəsi keçirir. 
Müsabiqəyə " Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər, dövlət satınalan təşkilatlarında ərzaq təminatının səviyyəsi, Cəmiyyətlə əməkdaşlıq edən şirkət və fərdi fermerlərin uğur hekayələri, tədarük-təchizat sisteminin aqrar iqtisadiyyata müsbət təsirləri, ölkə regionlarının inkişafında rolu, dəyər zəncirinin qurulmasında xarici ölkə təcrübələri mövzuları  üzrə məqalələr, televiziya, radio verilişləri və süjetlər  təqdim edilə bilər. 
Müsabiqədə yerli və Azərbaycanda akkreditə olunmuş xarici KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər fərdi və ya müştərək halda iştirak edə bilərlər. Hər bir jurnalist və ya jurnalistlər qrupu müsabiqəyə yalnız bir məqalə (süjet) təqdim edə bilər.
Təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjetləri isə 2 dəqiqədən az olmamalıdır. Məqalələr, televiziya və radio süjetləri Azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər. Məqalələr, televiziya və radio süjetləri Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır. 
Məqalənin sonunda, televiziya və ya radio süjetlərdə "" Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeydi göstərilməlidir. 
Məqalələrin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş məqalələrin saytdan çıxarılmış versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla yaradıcılıq müsabiqəsində iştirak etmək istəyən namizədin vəsiqəsinin surəti ilə birlikdə 5 aprel 2017-cü il tarixinədək " Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinə  (Ünvan: Bakı şəh., Qaradağ rayonu AZ1063, Lökbatan qəs, Xocasən yolu 57) təqdim edilməli, elektron formada [email protected] poçt ünvanına göndərilməlidir. 
Müsabiqəyə təqdim olunmuş məqalələr, televiziya, radioverilişləri və  süjetləri " Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətində  yaradılmış Komissiya tərəfindən qiymətləndiriləcək və 11 aprel 2017-ci ildə müsabiqənin qalibləri elan ediləcəkdir.
Müsabiqədə iştirak məqsədilə hazırlanmış bütün məqalələr, televiziya, radio verilişləri və süjetlər Cəmiyyətin www.tedaruk.gov.az internet saytında yerləşdiriləcəkdir. 
Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaqdır. 
Müsabiqə ilə bağlı əlavə məlumatı əlaqələndirici şəxsdən almaq olar: 
( "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin informasiya və elektron xidmətləri sektoru , tel: 050- 251- 75- 44, Nicat Nəsirli )
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ