SON DƏQİQƏ

Jurnalistlər üçün müsabiqə elan edilib

Tarix:

24-01-2017, 21:30

/ 8 260 dəfə oxundu.
Jurnalistlər üçün müsabiqə elan edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edir.
Komitədən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün aprelin 30-dək məqalə və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müsabiqəyə təqdim olunacaq məqalələr Arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır. Məqalələr Azərbaycan və rus dillərində təqdim oluna bilər.
Müsabiqənin qalibləri mükafatlandırılacaq.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ