1957 - ci ildə Bakının kənar qəbiristanlıqlarından birində professor Abbas Zamanov bir qrup tələbəsi ilə böyük çətinliklə də olsa Həsən bəy Zərdabinin məzarını axtarmağa başlayır. Əlinə bel, külüng alıb məzarlığın bir neçə yerində qazıntı aparan professor uzun müddət xəyal qırıqlığı yaşayır, çünki məzarın olduğu yeri təyin edə bilmir.
Qəbiristanlıqda deyilən yerləri çox axtarırlar, lakin bir şey tapa bilmirlər. Axırda tələbələrdən birinin qazıntı aparılan yerdə ayağı nəyəsə ilişir. Bir az dərindən qazandan sonra məzarın ayaq tərəfində taxta yeşiyin olduğunu görürlər. Yeşiyi basdırıldığı yerdən çıxarıb açırlar. İçində sümükləri görəndə nə tələbələr, nə də professor Abbas Zamanov göz yaşlarını saxlaya bilir...
Nəhayət Zərdabinin sümüklərini Fəxri Xiyabana gətirib dəfn edirlər. Daha sonra Zərdabinin məzarı üstünə büst də qoyulur...

Şəkildə görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, professor Əziz Şərif və tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, professor Abbas Zamanov.