SON DƏQİQƏ

Bakı bulvarında gəmi gəzintisi bərpa edildi

Tarix:

1-11-2024, 11:43

/ 2 323 dəfə oxundu.
Bakı bulvarında gəmi gəzintisi bərpa edildi

Bakı bulvarında iki illik fasilədən sonra gəmi gəzintisi bərpa olunub.
GunAz.az xəbər verir ki, iki illik fasilədən sonra bu gün fəaliyyətini bərpa edən "Mirvari" gəmisində səyahət müddəti 30-40 dəqiqə təşkil edir.
Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, istismar xərclərinin artmasına baxmayaraq, 2015-ci ildən müəyyən olunan qiymətlər artırılmayıb:
"6 yaşına kimi uşaqlar üçün ödənişsizdir. Qiymətlər gəmidə yerə və mərtəbəyə görə müəyyən olunur və 5-10 manat aralığında dəyişir".
скачать dle 12.1

Şərhlər