İnzibati Xətalar Məcəlləsinin 338.4-1-ci maddəsinə əsasən kiçik elektrik nəqliyyat vasitələrini (skuterləri) idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsi, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsi, yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması, svetaforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsi, sükan olduğu halda, sükanı tutmadan nəqliyyat vasitəsinin idarə edilməsi, nasaz nəqliyyat vasitəsindən istifadə edilməsi, piyadaların hərəkətinə maneə yaradılması, sərnişin daşınması, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi kimi qayda pozuntularına görə skuter idarə edən şəxslər cərimə edilir.