SON DƏQİQƏ

İctimai nəqliyyatda gediş haqqı pulsuz olacaq!

Tarix:

19-10-2024, 21:00

/ 3 026 dəfə oxundu.
İctimai nəqliyyatda  gediş haqqı pulsuz olacaq!

"COP 29 günlərində Neftçilər prospekti, Yusif Səfərov, Heydər Əliyev prospekti, Zərifə Əliyeva kimi əsas küçə və yollarda nəqliyyatın hərəkətində tənzimləmələr olacaq".
GunAz.az Xəzər TV-yə istinadən bildirir ki, bunu Bakı Olimpiya stadionuna təşkil edilən mediatur zamanı COP 29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmudlu deyib.
O, COP 29-a gələcək bütün qonaqların daşınması üçün nəqliyyat sistemi yaradıldığını bildirib. Nəqliyyat sistemi 16-ya yaxın nəqliyyat qovşağını əhatə edir. Avtobuslar nümayəndə heyətlərini səhər saat 7-dən axşam 10-a qədər Olimpiya stadionuna və geriyə aparacaq.
Qeyd olunub ki, nəqliyyatın hərəkət intervalı günün pik saatlarında fərqli olaraq dəyişəcək. Noyabrın 4-dən etibarən müxtəlif nəqliyyat qovşaqları artıq aktivləşəcək. Ayın 10-dan etibarən isə bütün nəqliyyat qovşaqları fəaliyyətə başlayacaq. Həmçinin, COP 29 günlərində ictimai nəqliyyat da akkreditasiyadan keçmiş bütün şəxslər üçün pulsuz olacaq.
скачать dle 12.1

Şərhlər