SON DƏQİQƏ
» » Vətəndaşların biganəliyi ağır fəsadlara səbəb ola bilər.

Vətəndaşların biganəliyi ağır fəsadlara səbəb ola bilər.

Tarix:

5-10-2024, 21:22

/ 2 264 dəfə oxundu.
Vətəndaşların biganəliyi ağır fəsadlara səbəb ola bilər.

Məişət zorakılığı – yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.
Məişət zorakılığının növləri aşağıdakılardır.
Fiziki zorakılıq – qurbana qəsdən fiziki  təzyiqin göstərilməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması;
Psixi zorakılıq – qurbana qəsdən psixi təzyiqin göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər;
İqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi – qurbanın mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılığın yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlər;
Cinsi zorakılıq – qurbanın iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur edilməsi;
Əgər siz hər hansı bir şəxsin məişət zorakılığına məruz qalmasının şahidi olmusunuzsa və ya özünüz məişət zorakılığına məruz qalmısınızsa, bilməlisiniz ki, bu zorakılığın qarşısının almaq üçün resurslar mövcuddur.  Hüquq-mühafizə orqanlarına, ərazi üzrə yerli icra hakimiyyətinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edə bilərsiniz. Onlar qurbana lazımi dəstəyi verə bilərlər.
Unutmayın
Məişət zorakılığı gizli qalmalı deyil. Bu, ailənin şəxsi məsələsi deyil, ümumi cəmiyyət problemidir. Məişət zorakılığının şahidi olmusunuzsa, dərhal reaksiya göstərin, aidiyyəti qurumlara müraciət edin. Sizin və ya cəmiyyətin bu zorakılığa biganə qalması daha ağır nəticələrə səbəb ola bilər.
скачать dle 12.1

Şərhlər