SON DƏQİQƏ

Müəllim

Tarix:

5-10-2024, 09:09

/ 2 498 dəfə oxundu.
Müəllim

"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!"
H.Əliyev

Bir nurlu Günəşdi,bir yanar şamdı,
Müqəddəs sayılır müəllim adı.
İşıqlı yollara çıxarır bizi,
Bir şirin nəğmədi ömrü,həyatı.

Yorulmur heç zaman öz peşəsindən,
Qəlbinin odunu paylayır hər gün.
Zövq alar,yorulmaz o öz işindən,
Dözər əziyyətə o  bizim üçün.

İşıqlı günlərdən söhbət eyləyər,
Gülər üzümüzə o Günəş kimi.
Çətin sualların cavabın deyər,
Silər gözümüzdən nisgili,qəmi.

İllərin fövqündə dayanar hər gün,
Fidanlar boy atar gül bağçasında.
Yaxşılıqlar gələr onun əlindən,
Güllər çiçək açar gül yaxasında.
Rəsmiyyə Heybətağaqızı
скачать dle 12.1

Şərhlər