SON DƏQİQƏ

Bəzi ərazilərdə qaz olmayacaq.

Tarix:

24-09-2024, 21:03

/ 2 419 dəfə oxundu.
Bəzi ərazilərdə qaz olmayacaq.

Sabunçu rayonunun bəzi ərazilərində qazın verilməsində müvəqqəti fasilə yaranacaq.
Gunaz.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki qaz xətlərində təmir-bərpa işləri aparılacağı üçün 25 sentyabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə N.İsmayılov və Ş.Kamilov küçələrinin bir hissəsinin, Sülh (2/10, 2/11, 1/5), U.B.Pirməmməd, Zabrat, V.Həsənov, H.Balakişiyev, A.Pəri, Əlibalayev, Dostayevski, Q.Qarayev, D.Bünyadzadə, Ü.Hacıbəyov, M.Maqomayev, T.Mustafayev, C.Şərifov, Y.Qasımov, İnşaatçılar, Ə.Anaplı, H.Araslı, Ə.Cəfərov, Y.Əliyev, Axundzadə, Novruzov, Ə.Bakıxanov, H.Cavid, Krılov, M.Hacınski küçələrinin isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
скачать dle 12.1

Şərhlər