SON DƏQİQƏ

Kimlər ƏFV oluna bilər? - Novruz bayramında

Tarix:

4-03-2017, 11:35

/ 9 283 dəfə oxundu.
Kimlər ƏFV oluna bilər? - Novruz bayramında

Prezident yanında Əfv Məsələləri Komissiyası ötən gün keçirilən toplantıda Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağı barədə jurnalistlərə məlumat verib.
Bəs hansı məhkumlar əhv olunmaq üçün komissiyaya müraciət edə bilərlər?
Bu barədə suallarımızı cavablandıran vəkil Asif Abdullayev bildirdi ki, əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür:
"Əfv zamanı, məhkum edilmiş şəxsə qarşı bunlardan biri tətbiq edilə bilər :
 1. Məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər;
 2. Məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər;
 3. Məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Aşağıda qeyd edilən müddətdə əfv üçün müraciət etmək olar :
1. İslah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra; 
 2. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
 3. Ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
 4. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;
 5. Məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.
Hüquqşunas həmçinin bildirdi ki, Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər:
"Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ