SON DƏQİQƏ

Hər gün avokado yeməyin xeyri

Tarix:

24-09-2024, 08:45

/ 2 761 dəfə oxundu.
Hər gün avokado yeməyin xeyri

Avokado sağlamlıq üçün xeyirli qidalardan biridir. Çalışın qida rasionunuza həftədə bir dəfə də olsa avokado daxil edin.
GunAz.az xəbər verir ki bu tropik meyvənin yararlarından danışacaq. Tərkibində 20-yə yaxın vitamin və mineral vardır. Mis, dəmir, maqnezium və fosforla yanaşı A, B, C, E və K vitamini ilə də zəngindir.
Hər bir meyvə kimi avokadonun da tərkibində karbohidrat var, lakin bu meyvə ən sağlam meyvələr sırasındadır.
Avokado E vitamini deposudur və protein baxımından zəngindir. Bu 2 elementin sayəsində bir çox xəstəliklərə qarşı güclü vasitədir.
Avokado artıq çəki, ürək-damar sisteminin zəifliyi, sağlam olmayan dəri və saç, həzm prosesinin narahatlığı kimi bir sıra xəstəliklərin əleyhinə istifadə oluna bilər.
Çəkiyə nəzarət
Avokado zəngin tərkibi sayəsində həm ləziz, həm də sağlam qidadır. Həzm prosesini yaxşılaşdırır və toxluq hiss yaradır. Bu baxımından pəhrizdə olan xanımlara avokado məsləhət görülür.
Ürəyin dərmanıdır
Avokadonun tərkibində olan bir sıra minerallar ürək-damar sisteminə müsbət təsir göstərir. Həmçinin bir avokado gündəlik fol turşusu ehtiyacınızın 23%-ni qarşılayır.
Gözlər üçün əvəzedilməzdir
Sağlam gözlər üçün əslində çox böyük müalicələrə və ya əməliyyata ehtiyac yoxdur. Avokado güclü antioksidant tərkibi ilə yaranan travmaları və yaşla əlaqəli meydana gələn zəifləmələri aradan qaldırmağa yardımçıdır.
Xərçənglə mübarizə aparır
Avokadonun xərçəngin qarşısını aldığı elmi bir həqiqətdir. Həmçinin xərçəng xəstəliyi ilə  mübarizədə kimyəvi müalicənin əks təsirlərini də azaltdığı təsdiq olunub. Araşdırmalar göstərir ki, avokadonun özündə olan bir maddə prostat xərçəngi hüceyrəsinin böyüməsinin qarşısını alır.скачать dle 12.1

Şərhlər