SON DƏQİQƏ

Şuşaya daha 27 ailə köçdü

Tarix:

7-09-2024, 09:34

/ 4 074 dəfə oxundu.
Şuşaya daha 27 ailə köçdü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
GunAz.az AZƏRTAC-a istinadən xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 27 ailə - 91 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 203 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.
скачать dle 12.1

Şərhlər