Aparıcı-prodüser Tarix Əliyev (Tolik) "Azərbaycan Hava Yolları"nı tənqid edib.
GunAz.az xəbər verir ki. o, hava yolları şirkətinin Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov və Azərbaycan cüdoçusu Zelim Kotsoyevə AZAL-ın istənilən müntəzəm marşrutu üzrə iki ödənişsiz gediş-dönüş aviabileti hədiyyə etməsini birmənalı qarşılamayıb:
"Çox maraqlıdır ki, AZAL Olimpiya oyunlarında qızıl medal qazanan idmançılarımıza gediş-dönüş iki bilet təqdim edib. İndi sual yaranır: Bizim gümüş və bürünc medalçılarımıza nə verəcəklər? Təkcə bir istiqamət üçün bilet, yoxsa yalnız dönüş bileti?".
Qeyd edək ki, AZAl tənqidlərdən sonra bununla bağlı paylaşımının şərh bölməsini bağlayıb.