SON DƏQİQƏ
» » İsa Həbibbəyli: "Professor Əjdər İsmayılov “Moisey Xorenatsi anonim keşiş müəllifdir” elmi əsəri ilə, Azərbaycan tarixşunaslığının çoxdan gözlədiyi doğru istiqamətin təməlini qoydu"

İsa Həbibbəyli: "Professor Əjdər İsmayılov “Moisey Xorenatsi anonim keşiş müəllifdir” elmi əsəri ilə, Azərbaycan tarixşunaslığının çoxdan gözlədiyi doğru istiqamətin təməlini qoydu"

Tarix:

1-03-2017, 16:50

/ 5 996 dəfə oxundu.
İsa Həbibbəyli: "Professor Əjdər İsmayılov “Moisey Xorenatsi anonim keşiş müəllifdir” elmi əsəri ilə, Azərbaycan tarixşunaslığının çoxdan gözlədiyi doğru istiqamətin təməlini qoydu"

Yaxud "Moisey Xorenatsi anonim keşiş müəllifdir" kitabı Albanşünaslığı öyrənməyin açarıdır

Fevralın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda professor, filoloq-tarixçi Əjdər

İsa Həbibbəyli: "Professor Əjdər İsmayılov “Moisey Xorenatsi anonim keşiş müəllifdir” elmi əsəri ilə, Azərbaycan tarixşunaslığının çoxdan gözlədiyi doğru istiqamətin təməlini qoydu"

 

Tağıoğlunun "Moisey Xorenatsi anonim keşiş müəllifidir" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan akademiyanın vitse-prezidenti, millət vəkili
İsa Həbibbəyli Əjdər Tağoğlunun sözügedən kitabının tarix elmi üçün əvəzsiz töhfə olduğunu qeyd edib. Müəllifin sümüyünə qədər milli ruhda biri olduğunu deyən akademik onun bir azərbaycançı kimi Cavid yaradıcılığının tədqiqində də misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırıb. Bildirib ki,  Əjdər Tağıoğlunun Hüseyn Cavid irsinin öyrənilməsində böyük xidmətləri var. İsa Həbibbəyli qeyd edib ki, zamanında Cavid üçün deyilən ən məşhur kəlam o olub ki, Cavid Azərbaycanın Şekspiridir: "Ancaq Əjdər Tağıoğlu bu ifadəni bir qədər də zənginləşdirərək qeyd edib ki, Cavid nə qədər Azərbaycanın Şekspiridirsə, Şekspir də bir o qədər Azərbaycanın Cavididir". Əjdar Tağıoğlunun əsasən filologiya sahəsində çalışdığını diqqətə çatdıran İsa Həbibbəyli: "Professor Əjdər İsmayılov “Moisey Xorenatsi anonim keşiş müəllifdir” elmi əsəri ilə, Azərbaycan tarixşunaslığının çoxdan gözlədiyi doğru istiqamətin təməlini qoydu"akademik bildirib ki, sonradan o, tarixə, xüsusilə Albanşünaslığa meyl göstərməyə başlayıb. Əjdər Tağıoğlunun tarixə Azərbaycan maraqları baxsımından yanaşdığını diqqətə çatdıran İsa Həbibbəyli onun böyük vətənpərvər olduğunu da söyləyib: "Bu baxımdan "Moisey Xorenatsi anonim keşiş müəllifdir" kitabı Albanşünaslığı öyrənməyin açarıdır. Bu əsər Azərbaycan tarixini öyrənmək üçün bir istiqamət verəcək". Tarix üzrə elmlər doktoru Vəli Əliyev deyib ki, müəllif sözügedən kitabda böyük və ciddi mənbələrə əsaslanıb, dərin təhlillər aparıb: "Əsərdə  bir neçə çox ciddi məqamlara toxunulub. Tədqiqat o qədər çoxşaxəlidir ki, bunun üzərində bir neçə kitab yazmaq olar. Xüsusilə, əsərdə Bilqamus dastanının erməniləşdirmək cəhdi ifşa edilir. Digər tərəfdən Əjdər Tağıoğlu "Moisey Xorenatsi anonim keşiş müəllifdir" kitabında onu da qeyd edir ki, Hayastan toponiminin  ermənilərə heç bir bağlılığı yoxdur.

İsa Həbibbəyli: "Professor Əjdər İsmayılov “Moisey Xorenatsi anonim keşiş müəllifdir” elmi əsəri ilə, Azərbaycan tarixşunaslığının çoxdan gözlədiyi doğru istiqamətin təməlini qoydu"

 

Hay toponimi Babillər aiddir".
Vəli Əliyev qeyd edib ki, "Moisey Xorenatsi anonim keşiş müəllifidir" kitabı Azərbaycan və dünya tarixşünaslığına bir töhfədir. Tarix elmləri doktoru Qasım Hacıyev də kitabın əhəmiyyətini qeyd edərək bildirib ki, Əjdər Tağıoğlu bu əsəri ilə erməni tarixinin atasına od qoyub, bütün erməni tarixçilərini tarixi mənbələr əsasında tamamilə ifşa edib.

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz bildirib ki, belə bir əsər ərsəyə gətirmək heç də asan iş deyil və Əjdər Tağıoğlu bu işin öhdəsindən layiqincə gəlib. Kitabda Hayastan sözünün ermənilər tərəfindən necə Ermənistana çevrildiyinin tarixi mənbələr əsasında açıq göstərildiyini deyən Yunus Oğuz armen sözünün də heç də ermənilərə aid olmadığını,  türkcədə döyüşən kişi, dyüşən ər mənası verdiyini vurğulayıb.  Yunus Oğuz onu da İsa Həbibbəyli: "Professor Əjdər İsmayılov “Moisey Xorenatsi anonim keşiş müəllifdir” elmi əsəri ilə, Azərbaycan tarixşunaslığının çoxdan gözlədiyi doğru istiqamətin təməlini qoydu"diqqətə çatdırıb ki,  tarixi zamanında öyrənməməyimiz zaman-zaman onun saxtalaşdırılmasına səbəb olub: "Əjdər Tağıoğlu "Moisey Xorenatsi anonim keşiş müəllifidir" kitabı ilə ustalıqla erməni yalanlarını açıb. Bu kitab rus, ingilis, alman, ərəb və s. xarici dillərə tərcümə olunub çap edilməklə ermənilərin  atasını yandırmış olacaqsınız". Filologiya elmləri doktoru İlhami Cəfərsoy, Nizami Muradov və digərləri də çıxışlarında kitabın əhəmiyyətindən danışıb, onun erməni yalanlarının ifşa edilməsi istiqamətində dəyərli bir əsər olduğunu diqqətə çatdırıblar. Nizami Muradov xüsusilə qeyd edib ki, Əjdər Tağıoğlu "Moisey Xorenatsi anonim keşiş müəllifdir" kitabı ilə çox böyük bir məsuliyyətli işin öhdəsindən layiqincə gəlib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ