SON DƏQİQƏ

İyulun bütün sosial ödənişləri yekunlaşdı

Tarix:

26-07-2024, 09:47

/ 3 239 dəfə oxundu.
İyulun bütün sosial ödənişləri yekunlaşdı

İyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.
Bu barədə GunAz.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, bundan əvvəl - iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.
скачать dle 12.1

Şərhlər