SON DƏQİQƏ

Şəhidimiz Ordubadda dəfn olundu

Tarix:

28-02-2017, 19:31

/ 6 983 dəfə oxundu.
Şəhidimiz Ordubadda dəfn olundu

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Tural Əbdül oğlu Haşımlı dəfn olunub.
Şəhidlə doğulub boya-başa çatdığı Ordubad şəhərində vida mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə və təşkilatların kollektivləri, minlərlə sakin, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.
T. Haşımlı Ordubad şəhərinin Malik İbrahim qəbiristanlığında dəfn olunub.
Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər