SON DƏQİQƏ
» » “Ya Əli”, “Ya Hüseyn” demək günahdır? - Bu adları çəkəndə NƏ BAŞ VERİR?

“Ya Əli”, “Ya Hüseyn” demək günahdır? - Bu adları çəkəndə NƏ BAŞ VERİR?

Tarix:

1-07-2024, 21:03

/ 3 592 dəfə oxundu.
“Ya Əli”, “Ya Hüseyn” demək günahdır? - Bu adları çəkəndə NƏ BAŞ VERİR?

Bir sıra din adamları və müsəlmanlar “Ya Əli”, “Ya Məhəmməd”, “Ya Həsən” və s. adların zikr olunmasını günah hesab edir və bildirirlər ki, bunu etmək Allaha şərik qoşmaq mənasına gəlir.
Bəs bu fikir nə dərəcədə doğrudur?
GunAz.az xəbər verir ki, ilahiyyatçı Ağa Hacıbəyli “Yeni Sabah”a açıqlamasında səsləndirilən fikirləri şərh edib:
“İslam böyüklərinin adlarını xatırlamaq, zikr eləmək kimi məsələləri İslam camiəsində çox fərqli şəkildə yorumlayıblar və bəzən də bundan mənfi nəticələr çıxarıblar. Amma işin əsl tərəfi belə deyil. Biz müsəlmanıq. Allahın kitabına, peyğəmbərimizə, onun gətirdiyi dəyərlərə inanır, etimad göstəririk. Ona görə töhvid şüurunda olan insan olaraq, məsələlərimizə o aspektdən yanaşır və yaxınlaşırıq”.
İlahiyyatçı onu da qeyd edib ki, peyğəmbərimizin dövründə insanlar bir-birini ya Əli, ya Həsən deyə çağırıblar:
“Çağırmaqla qalmayıb bir-birilərindən su, yardım, dua istəyib və hər hansı bir formada əl tutublar. İnsan həkimə gedib resept alsa da, şəfanı Allahdan diləyir. Sözügedən məsələnin bu tərəfi də var. Biz bilirik ki, yaradan, hər şeyə gücü yetən, yoxdan var edən Allahdır. Bu inancdan sonra “Ya Əli”, “Ya Həsən”, “Ya Hüseyn” deməyimiz sadəcə bu mübarək isimləri xatırlamaqdır. Bu xatırlamanın içərisində də ilahi bir rəhmətin enəcəyinə inanırıq. Çünki bu isimləri səsləndirəndə insanın qəlbinə hüzur, rahatlıq gəlir, dünyasında fərqli bir atmosfer formalaşır. Necə ki, şəhidlərimizin adını anırıq və şəhid kəlməsinin varlığında müqəddəslik var. Milli qəhrəmanlarımızdan birinin adını yad edəndə insanın ürəyinə də yenilik gəlir. Eyni zamanda da müsəlmanların həmin böyükləri xatırlamasında belə bir anlayış var. İşin digər tərəfi isə, insanların ruhlarının yox, bədənlərinin ölməsidir. Yəni, vəfat edən adamın adını anmaq, namını zikr eləmək ondan yardım diləmək mənasına gəlmir. Bunu edən müsəlmanlar ilahi bir yardıma yönəlir”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ