SON DƏQİQƏ

Ramal ağladı

Tarix:

13-06-2024, 22:56

/ 1 700 dəfə oxundu.
Ramal ağladı

Müğənni Ramal İsrafilov "Qonaqcanlı" verilişində qonaq olub.
GunAz.az xəbər verir ki, prorqam zamanı ifaçının mərhum xanəndə atası Əliyaqub İsrafilovun arxiv görüntüləri yayımlanıb. Ramal kadrları izləyərəkən göz yaşlarını saxlaya bilməyib. O, ağır günündə yanında olmayan dostları haqda bunları deyib:
"Başım qarışıq oldu. Ümumiyyətlə, bu mövzu haqda çox danışmaq istəmirəm. O anda gözümə heç nə görünmürdü. Ailəmiz, qardaşlarım, Şamaxı və Şirvan camaatı yanımda idi. Sənət dostlarım da var idi. Gələnlər də, gələməyənlər də sağ olsunlar. Bu elə mövzudur ki, bütün canlılar üçün hazırlanmış bir yoldur. İnsanları qınamaq istəmirəm. Sənətimizin “şahı” Alim Qasımov sağ olsun, bizim yanımızda idi. Mən hələ də atamı axtarıram. Pis çıxmasın, amma gəlməyənlər mənə maraqlı deyillər. Atam mənim üçün ölməyib. Onun sənəti o qədər böyük idi ki, atamız idi".
Qeyd edək ki, Əliyaqub İsrafilov ötən ilin dekabrında vəfat edib. O, Xalq artisti Mələkxanım Eyubovanın qardaşıdır.Axşam.az 
скачать dle 12.1

Şərhlər