SON DƏQİQƏ

DİQQƏTLİ OLUN

Tarix:

1-06-2024, 12:39

/ 2 861 dəfə oxundu.
DİQQƏTLİ OLUN

Düşüncə dəyişməlidir. Təhlükə var və heç kim kiber təhlükədən sığortalanmayıb. Məxfilik yemək və nəfəs almaq kimi həyatın əsas tələblərindən biridir. Ancaq buna əməl etməyən 21 vətəndaşımızın mayın 31-də bank kartı məlumatları aldadılıb alınmaqla – 10500, 10245, 4200, 2200, 1880, 1500, 1000, 927, 900, 900, 820, 730, 550, 544, 520, 450, 220, 100, 96, 44, 30 manat pulu oğurlanıb.
GunAz.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
“Vətəndaş satışa qoyduğu əşyanı almaq üçün Qazaxıstan nömrəsindən zəng edən naməlum şəxsə bank kartı məlumatlarını verməklə 10500 manatını oğurlatdırıb. Naməlum şəxs ona da söz verib ki, beh göndərir, həmin əşyanı gəlib götürəcəklər. Başqa bir vətəndaş isə 10245 manat pulu investisiya adı ilə kriptovalyuta oyununda naməlum hesablara köçürüb. Ona da söz veriblər ki, hər saatdan bir qoyduğunuz məbləğ 10-20-30 faiz artacaqdır. Kiber dövrdə hər kəs şəxsi məlumatlarını QORUmalıdır. Pulu oğurlanan insanları unutmayaq!” – o qeyd edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ