SON DƏQİQƏ

Ardıcıl 3 gün iş olmayacaq?

Tarix:

23-05-2024, 09:55

/ 2 475 dəfə oxundu.
Ardıcıl 3 gün iş olmayacaq?

25-26 may şənbə-bazar, 28 may isə Müstəqillik Günü ilə bağlı qeyri-iş günüdür.
“Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun 7-ci bəndində deyilir: “Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər”.
GunAz.az xəbər verir ki, bu qanuna müvafiq olaraq Nazirlər Kabinetinin 27 may iş günü ilə 25 may qeyri-iş gününün yerini dəyişəcəyi və 26-28 may tarixlərində ardıcıl 3 gün qeyri-iş günü elan ediləcəyi ehtimalı artıq bir müddətdir ki, mediada səsləndirilir.
Adətən Nazirlər Kabineti bu qərarını bir neçə gün öncədən elan edir.
Nazirlər Kabinetindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, artıq həftənin 3-cü günü olmasına baxmayaraq, bununla bağlı hələlik heç bir qərar qəbul olunmayıb.//axar.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ