SON DƏQİQƏ
» » 22 May BEYNƏLXALQ BİOMÜXTƏLİFLİYİ QORUMA GÜNÜDÜR

22 May BEYNƏLXALQ BİOMÜXTƏLİFLİYİ QORUMA GÜNÜDÜR

Tarix:

22-05-2024, 15:55

/ 2 628 dəfə oxundu.
22 May BEYNƏLXALQ BİOMÜXTƏLİFLİYİ QORUMA GÜNÜDÜR

İnsanların sayı artdıqca, pərpinə toxumu kimi çoxaldıqca, elm-texnika zərurətdən inkişaf etdikcə adamlar yenidən daş yabanlaşır,  sortlaşır və təbii növ müxtəlifliyini vəhşicəsinə məhv edirlər.
Sözün əsl mənasında insanla təbiət arasında yaşamaq uğurunda mübarizə gedir.
Tarix boyu seçilmiş, ağıllı, müdrik insanlar təbiəti qorumağın vacibliyini bildirmişlər:
Məhəmməd peyğəmbər müharibə vaxtlarında əkinlərə, təbiətə , bitkilərə toxunmamağı tövsiyyə edir, ağac əkməyin insan ömrünün sonuna qədər vacibliyini qeyd edirdi.
Engels insanların təbiətə vurduğu zərərlə öyünməməyi, vaxt gələcək təbiətin bunun əvəzini dəflərlə artıq çıxacağını deyirdi.
Pyotr Sank Peterbuq ətrafında palıd meşəsi saldırmış, ağac kəsənləri şəxsən cəzalandırdı.
Heydər Əliyev bir ağacı kəsən elə bil mənim qollarımı kəsir-deyirdi. Təbii florasında ağac və kol bitkiləri az olan Abşeronun, Bakının yaşıllaşırılmasına xüsusi diqqət yetirirdi.
Amma dünya təbiəti bütövdü, vəhdətdi, bunu bütün ölklər, xalqlar qorumalıdır.
Azərbaycan Respublikasının yabanı florasında 125 fəsiləyə və 930 cinsə daxil olan 4557 növ ali bitki yayılmışdır. Bunların da  450 növü (11%) ağac və kol bitkiləridir. Dendrofloranın 328 növü kol (75 %), 107 növü (25%) ağacdır. Ağac və kollar 48 fəsilədə və 135 cinsdə birləşir .  
Dünyada  meşələrin ümumi  sahəsi 4 milyard hektardır. Bunun təxminən yarsı 4 ölkənin payına düşür: Rusiya Federasiyasında 809 milyon ha., Braziliyada 478 milyon ha., Kanadada 310 milyon ha.,  ABŞ-da və 303 milyon hektarı meşə ərazisi vardır. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır.
Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur.
Azərbaycanın  meşə ərazilərinin   49%-i Böyük Qafqazın, 34%-i Kiçik Qafqazın, 15%-i Talış zonasının  və  2%-i  Aran  zonasının (Naxçıvan MR ilə  birgə) payına düşür. Meşələrin geniş ərazisi Böyük Qafqaz sıra dağlarının cənub və şimal-şərq yamaclarındadır. Burada meşələr əsasən İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən inzibatı rayonlarının dağlıq hissəsini əhatə edir.
Meşələrdə ən çox fıstıq (31,68%), vələs (26,01%) və palıd (23,4%) cinsləri yayılmışdır.
Azərbaycan meşələrində palıd, ağcaqayın, tozağacı, Fıstıq, Dəmirağacı, qoz, xurama, qarağac vəs. cinslərin üstünlük təşkil etiyi 18 meşə formasyiları formalaşmışdır
Nə qədər gec deyil, təbiəti, biomüxtəlifliyi qorumalıyıq, bu elə bəşəriyyəti qorumaq deməkdir.

Sadıq Qarayev
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ