SON DƏQİQƏ

AMEA-da təyinatlar

Tarix:

24-04-2024, 10:47

/ 3 644 dəfə oxundu.
AMEA-da təyinatlar

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni şöbələr yaradılıb, kadr təyinatları olub.
GunAz.az xəbər verir ki, bu barədə qurumun Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. 
Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiya xidməti şöbəsi yaradılıb.
Eyni zamanda iclasda AMEA Rəyasət Heyəti aparatının Nəqliyyat xidməti şöbəsinin Əsasnaməsi təsdiq edilib.
Bundan başqa, Rəyasət Heyətinin qərarı ilə daxili imkanlar hesabına AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi (qədim dövrlərdən XX əsrədək) şöbəsinin bazasında Qafqaz tarixi şöbəsinin, Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin bazasında Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.
İdarəetmənin optimallaşdırılması, dünya elmindəki prioritetlər və günün tələbləri nəzərə alınmaqla daxili imkanlar və mövcud ştat vahidləri hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin bazasında Antik dövr və Alban arxeologiyası şöbəsi və İlk orta əsrlər dövrü arxeologiyası şöbəsinin, Azərbaycanın orta əsr dövrü arxeologiyası şöbəsinin bazasında İslam dövrü arxeologiyası şöbəsinin, eləcə də Məhkəmə arxeologiyası şöbəsi və Elmi informasiya şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub, Xəzərin arxeologiyası şöbəsinin adında dəyişiklik edilib və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yeni strukturu təsdiqlənib.
Sonda bir sıra kadr məsələlərinə baxılıb. Filologiya elmləri doktoru Əzizağa Nəcəfov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov isə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiqləniblər.
Bundan əlavə, AMEA Rəyasət Heyətinin “AMEA-da ekspedisiyaların təşkili üzrə Komissiyanın yaradılması haqqında” 13 mart 2023-cü il tarixli qərarına dəyişiklik edilib. (Qaynarinfo)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ