SON DƏQİQƏ

Türk dünyasının qoca çinarı

Tarix:

23-04-2024, 16:55

/ 3 700 dəfə oxundu.
Türk dünyasının qoca çinarı

Professor Əjdər İsmayılovun əziz xatirəsinə

Alim adı müqəddəs və alidir. Hər kəs alim adına hörmətlə yanaşır. Cəmiyyət hər zaman alimə yüksək qiymət verir. Alim bəşəriyyəti öyrədəndir. Dünya alimlər sayəsində tərəqqi tapır. Onlar öyrənərək, öyrədirlər. Ömrünü və əməyini cəmiyyətin maariflənməsinə həsr edən alimlər heç vaxt unudulmur. Zaman və tarix onları hər zaman xatırlayır. Belə alimlərimizdən biri də professor Əjdər İsmayılovdur. Ömrünü pedaqoji fəaliyyətə həsr edən Əjdər müəllim kimi pedaqoqlar unudulmur, təkcə şagirdləri tərəfindən deyil, bütün cəmiyyət tərəfindən həmişə iftixarla yad edilir.
Professor Əjdər İsmayılovun Azərbaycan dövlətinin yenıdən müstəqillik əldə edilməsində əməyi çoxdur və danılmazdır. O Azərbaycan tarixində iz qoyub getdi. Bunun özü bir fəxr edicidir ki, heç vaxt unudulmayacaq, hər zaman qəlblərdə yaşayacaq. Mən deyərdim ki, Professor ŞƏHİD oldu, çünki gecə-gündüz dayanmadan axtarışda idi. Çox istəyirdi ki, Azərbaycanın təhrif olunmuş bir sıra tarixini olduğu kimi yazsın və bunun çox qisminə nail oldu. Əjdər müəllim Azərbaycan tarixinin dərinliklərinə getmişdi, çatdırıb yaza bilmədiyi çox tarix qaldı.
Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan MR Şərur rayon Çomaxtur kəndində anadan olmuşdur 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirmiş. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədov və aktyor Rza Təhmasibin tələbəsi olmuşdur.
1988-ci ildən Azərbaycanda məlum hadisələrlə bağlı Xalq hərakatına qoşulmuş və bir çox hadisələrin qarşısının alınmasında fəal olmuşdur.
1990-cı ilin noyabr ayında təsis etdikləri "Şərur döyüşür" hərbi-cəbhə qəzetinin ilk sayı Şərur rayon mətbəəsində onun Kremlin işğalçı siyasətini ifşa edən "İmperiya qoşunları Naxçıvan sərhədlərində" adlı məqaləsi ilə buraxılmışdır.
1990-cı ilin dekabr ayında Bakı-İrəvan dəmir yolu ilə gələn yük qatarlarının İrəvana tərəf keçməsinin, guya "təhlükəsizliyini" təmin etmək, əslində Naxçıvan Vilayətini ermənilərə təhfil vermək üçün Şərur stansiyasını hərbləşdirmək bəhanəsilə faciəli planı həyata keçirməyə çalışan general Surkov Afiyəddin Cəlilova bildirmişdi ki, komandası altında olan qoşunun bir hissəsini Sədərək qəsəbəsinin girəcəyində, bir hissəsini Qıvraq kəndində rus polkunun ərazisində, o biri hissəsini Naxçıvanın çıxacağında yerləşdirdikdən sonra yolu Mehri stansiyasından bağlamış ermənilərlə danışığa gedəcək. Bir dəstə ziyalını dinləyəndən sonra rus generalının öz dili ilə dedyi planı ifşa edən Əjdər İsmayılovun qəti etirazından nəticəyə gələn Afiyəddin Cəlilov Surkovun ordusunu Muxtar Respublikanın ərazisindən çıxarmışdı.
1992-ci ilin 21 aprelində Azərbaycan Respublikasına prezident seçkisi qarşısında Şərur əhalisinin toplantısını təşkil etmiş, Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdmüşdü. Bu toplantı müdrik siyasət rəhbərinin Azərbaycanı müstəqilliyə aparacaq mübarizə yolunun başlanğıcı idi. Toplantının çıxardığı qərarı 22 aprel 1992-ci ildə Bakı şəhərində yerləşən döyüşən Naxçıvana hər cür köməklik göstərən "Əlincə" cəmiyyətinə çatdırmışdır.
Heydər Əliyevin Azərbaycan Respublikasına prezident namizədliyini irəli sürmüş Şərur əhalisinin toplantısında "yaş həddi" ilə əlaqədar çıxarılmış qərarı müdafiə etmək üçün keçmiş Ali Sovetinin binası qarşısında 1992-ci ilin 24 aprelində tarixi mitinq keçrilmişdi. Mitinqin tşkilatçılarından olan Əjdər İsmayılov ilk çıxışında iki məlum qüvvətli qonşu dövlət tərəfindən Azərbaycanı parçalayıb, ermənilərə Kür çayında hüdudlanan, oradan "Port İliç" deyilən ərazidən dənizə çıxan böyük coğrafiyanı, oradan başlayaraq Abşeron yarımadası və ölkəmizin şimal torpaqları onunla həmsərhəd olan qonşu dövlətin, Talış bölgəsi başqa bir qonşu ölkənin ərazisinə daxil edilməsi planlaşdırıldığı bir zamanda Abşeron bağlarında gizlədilən Viktor Polyaniçkonun Bakıda 20 yanvar qırğınını təkrar etməyə hazırlaşan Pirmokov rus kəşfiyyatına başçılıq etdiyini mitinq iştirqkçılarına çatdırmış, xalqı ayıqlığa, qarşıdan gələcək fəlakətlərdən xilas üçün Heydər Əliyevin ətrafında birləşməyə çağırmışdır.
Əjdər İsmayılov mitinqdən sonra Heydər Əliyevin dəvətilə Naxçıvanda onun qəbulunda olmuş və Bakıda baş verən mürəkkəb və ziddiyyətli siyasi hadisələr barədə xilaskarımıza ətraflı məlumat vermişdi. Sonra baş verən mürəkkəb hadisələrin xaosunda xilas yolunu seçə bilməyən xalqı onun ətrafında birləşdirmək üçün partiya yaratmağın zəruriliyini təklif etmişdi.
1992-ci ilin avqust ayında bu məqsədlə o, Şırurda ziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları" təşəbbüs qrupunu yaratmış, rayon ərazisini dairələrə ayırmış və bir neçə ayda otuz iki mindən artıq tərəfdarı siyahıya aldırmışdı. Şərurluların bu fəaliyyəti 1992-ci il 21 noyabr tarixində YAP-ın Naxçıvanda keçirilən təsis konfrasının tarixi əsasını qoymuş oldu.
Əjdər İsmayılov dəfələrlə ölümlə üz-üzə qalsa da bu siyası fəaliyyətindən əl çəkməmiş Heydər Əliyevin yaxın silahdaşı kimi axıra qədər Ulu öndərin xalqı xilas etməsi yolunda mübarizə aparmışdır.
Ona Hakimiyyətdə təmsil olunması üçün bir neçə təkliflər olsa da, o, heç bir vəzifə tutmadan bildirmişdi ki, mən xalqımın ziyalısıyam bu gördüyüm işlər ziyalı kimi mənim qarşımda duran əsas məsələlərdən biri idi. Və beləcə heç bir vəzifə götürmədən öz kitabxanasına çəkilərək, "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir", "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" tarixi əsərlər və bir neçə elmi məqalələr yazaraq bizə miras qoymuşdur.
Professor Əjdər İsmayılov "Turan Araşdırma Mərkəzi" İB-ni qeydiyyatdan keçirdərək mərkəzin sədri kimi, Turan əhatisinin genişlənməsində böyük rolu olub.
Professorun həyat yolunu şox qısa olaraq nəzərdən keçirdik. Amma mənim üçün çox dəyərli bir şəxsiyyətin ölüm xəbəri məni, eləcə də Professor sevərləri çox sartsıtmışdı. Ruhunuz şad olsun Professor! Axırıncı dəfə  danışanda həyatın haqsızlıqlarına qarşı möhkəm olmağımı tövsiyyə etdiniz.
Sizinlə məsləhətləşmək istəyəndə yenə kontaktımdakı bir nömrəyə zəng çatmayacaq...
Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ