SON DƏQİQƏ

Ömrünü tariximizə həsr edən alim

Tarix:

20-04-2018, 17:36

/ 10 300 dəfə oxundu.
Ömrünü tariximizə həsr edən alim

 Azərbaycan tarix və ədəbiyyatşünaslığında uzun illərin zəhməti ilə ərsəyə gətirdiyi mötəbər əsərlərlə erməni yalanlarını ifşa edən, Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verən, cavidşunas, içtimai siyasi xadim, “Turan Araşdırma Mərkəzi” içtimai birliyinin sədri tanınmış alim, professor Əjdər İsmayılov 80 illik yubileyi ərəfəsindədir. 23 aprel 2018 ci ildə tarixşünas alim, professor Əjdər İsmayılovun 80 yaşı tamam olur. 

Əjdər İsmayılov özünün tədqiqat əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran, onların tarixi Azərbaycan torpaqlarına köçürülməsini tarixi sənədlərlə sübut edən və erməni tarixşünaslığının yalanlar üzərində qurulmasını beynəlxalq aləmə bəyan edən dəyərli alimimizdir. Professor Əjdər İsmayılov Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin ədəbi irsini mükəmməl araşdıran bir alim kimi tanınmaqdadır. Ötən əsrin 90-cı illərində  ölkəmizdə baş verən ağır ictimai-siyasi mübarizədə xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin daima yanında olmuş və xalqın azadlığı uğrunda mübarizə aparmışdır.  Eyni zamanda məşhur 91-lərdən və Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır.

Gunaz.az-ın kollektivi Dəyərli alim Əjdər İsmayılovu 80 illik yubileyi münasibəti ilə səmimiqəlbdən təbrik edir, yaradıcılıq və şəxsi həyatında uğurlar arzulayır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ