SON DƏQİQƏ

Ömrünü Cavidşünaslığa həsr etmiş alim

Tarix:

14-06-2017, 14:12

/ 2 991 dəfə oxundu.
Ömrünü Cavidşünaslığa həsr etmiş alim


 

Bu günlərdə filologiya elmləri doktoru, professor Cavidşünas, filoloq-tarixçi Əjdər Tağıoğlunun (İsmayılov) "Elm və təhsil” nəşriyyatında"Dünya romantizm ənənələri və Hüseyn Cavid” adlı kitabı yenicə işıq üzü görmüşdür.
Cavidşünaslıqda müstəsna yeri olan bu kitab 1983-cü ildə kiril qrafikalı nəşri, oxucuların tələbi nəzərə alınmaqla latın qrafikasında Cavid İsmayılovun redaktorluğu və ideya müəllifliyi ilə yenidən çap olunmuşdur.
Üç fəsildən ibarət olan kitabın I fəslində Cavid romantizminin ilkin tarixi, II fəsildə "Özünü anlayan insanın faciəsi”, III fəsildə iblisə çevrilən insanlar adlanır.
Şərqin bədii-fəlsəfi təfəkkürünə bağlılıq, dünya mədəniyyətinin sərvətlərindən bəhrələnmək, eyni zamanda orijinal düşüncə tərzi, müstəqil axtarışlar yolu ilə yüksəlmək Cavid şəxsiyyətinə, Cavid sənətinə təbiətdən xas olmuşdur. Cavid şeiriyyətində zərdüştilik sisteminin əks-sədası qabarıq şəkildə göstərilir.
Hüseyn Cavid "İblis” faciəsində zürdüştiliyi öz dövrünün həyat fövqünə ucaltmış, ilahiləşdirimiş bir fikir duyumu, mnəvi saflıq rəmzi kimi tarixə uyğun təqdim edir.
Mənalı ömrünü Cavidşünaslığa həsr etmiş Əjdər Tağıoğlu 1974-cü ildə Cavidşünaslığa aid akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi ilə"Hüseyn Cavidin tarixi dramları ("Peyğəmbər”, "Topal Teymur”, "Səyavuş”, "Xəyyam”) mövzusunda namizədlik, 1989-cu ildə Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Cavidşünaslıqla bağlı elmi monoqrafiyaları:"Dünya romantizm ənənəsi və Hüseyn Cavid”. Bakı, Yazıçı (1983); "Azərbaycan sovet ədəbiyyatında Hüseyn Cavid ənənələri (Cəfər Cabbarlı, Səməd Vurğun)” – Bakı (1980); "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” – Bakı, Elm (1991) və "Elm və təhsil”, 2015 təkrar nəşr və Hüseyn Cavidlə dünya ədəbiyyatının bəzi korifeyləri arasında aparılan tipoloji araşdırmalara aid silsilə məqalələr - Hüseyn Cavidin tarixi dramlarının bəzi xüsusiyyətləri (1973), Xalq və qəhrəman problemi (1973), Hüseyn Cavid yaradıcılığında azad qadın problemi (1973), Hüseyn Cavid və Şekspir (İblis – Otello) (1976), Səməd Vurğun dramaturgiyasında Hüseyn Cavid ənənəsi (1976), Hüseyn Cavid və Bayram (1977), Hüseyn Cavid və Gete (1980), Hüseyn Cavid və Şekspir (Səyavuş və Hamlet) (1981), "Peyğəmbər” dramına ötəri bir nəzər (1983), Cavid, Cabbarlı və Azərbaycan sovet teatrı (1979) və s. kitabların müəllifidir.
Cavidin şərə qarşı xeyiri, iblisə qarşı insanlığı zorakılığa qarşı haqqı, azadlığı təsdiqləyən poeziyası bəşəri mahiyyətli problemlərin həllinə yönəldiyi üçün həmişə aktualdır, hər yeni nəsil bu poeziyada öz dövrünü narahat edən mənəvi-əxlaqi məsələləri anlamaq baxımından gərəkli fikirlər kəşf edir – Cavid sənətinin əzəmətinə, ölməzliyinə inam bəsləyir.
Tanınmış türkoloq, Cavidşünas alim Əjdər Tağıoğlu yorulmadan yazıb yaradan məhsuldar qələm sahibidir.
Əjdər müəllimə yeni-yeni ğurlar və cansağlığı arzulayırıq.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ