
Bu günlərdə cavidşunas alim, professor Əjdər Tağıoğlunun
(İsmayılovun) 1983 cü ildə "Elm” nəşriyyatı tərəfindən nəşr edilmiş
cavidşuaslıqda mühüm yer tutan "Dünya romantizm ənənələri və Hüseyn Cavid" adında
kitabı oxucuların tələbini nəzərə alaraq latın qrafikasıilə "Elm və təhsil” nəşriyyatında nəfis şəkildə yenidən nəşr edilərək cavidsevərlərin ixtiyarına
verilmişdir.
Ədəbiyyatşünaslığımızda
aparıcı nüfuza malik görkəmli alimlərimiz bu monoqrafiyaya qədər, Azərbaycan
romantizminin yaranmasını 1905 - 1917 - ci ildə baş vermiş tarixi hadisələrlə əlaqələndirmişlər.
Problemə bu mövqedən yanaşma Hüseyn Cavıd romantizmini bir istiqamətdə Nizami
ilə başlanan klassik fəlsəfi romantik poeziyanın ənənələrindən məhrum edir,
ikinci bir istiqamətdə mütəfəkkir şairi dünya ədəbiyyatının nəhəng korifeyləri Şekspir, Bayron, Şiller, Höte və
başqa dünya şöhrətli nəhəng korifeyləri ilə bir sırada dayanmaq hüququnun məhdudlaşdırırdı.
Müəllif ona görədə Hüseyn Cavid romantizminin konteksində dünya ədəbiyyatının
romantik korifeyləri arasında tipoloji araşdırmalar aparır və Azərbaycan
romantizminin dünya romantizminin tərkib hissəsi kimin təhlilə çəkir.