SON DƏQİQƏ

Sürücülərə XƏBƏRDARLIQ

Tarix:

18-04-2024, 11:09

/ 2 389 dəfə oxundu.
Sürücülərə XƏBƏRDARLIQ

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan yanacaq-doldurma məntəqəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah saat 08:00-dan aprelin 21-i saat 22:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
GunAz.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”,- deyə məlumatda qeyd edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ