SON DƏQİQƏ
» » Bu gün Azərbaycanın Ermənistana qarşı etirazlarına baxılacaq

Bu gün Azərbaycanın Ermənistana qarşı etirazlarına baxılacaq

Tarix:

15-04-2024, 11:34

/ 4 316 dəfə oxundu.
Bu gün Azərbaycanın Ermənistana qarşı etirazlarına baxılacaq

Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək.
GunAz.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X” hesabında qeyd edib.
“Beynəlxalq Ədalət Məhkəməsi İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistan Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə ölkəmiz tərəfindən qaldırılan ilkin etirazlara dair ictimai dinləmələr keçirəcək. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir”, - A.Hacızadə bildirib.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ