SON DƏQİQƏ
» » Tanınmış azərbaycanlı futbolçu insanlardan KÖMƏK İSTƏYİR

Tanınmış azərbaycanlı futbolçu insanlardan KÖMƏK İSTƏYİR

Tarix:

9-04-2024, 09:34

/ 2 972 dəfə oxundu.
Tanınmış azərbaycanlı futbolçu insanlardan KÖMƏK İSTƏYİR

Müstəqillik dövrünün ən yaxşı hücumçularından sayılan Vadim Vasilyev yaxşı günlər keçirmir. Keçmiş futbolçunun vəziyyəti o qədər pisdir ki, insanlardan kömək istəməli olub. Vadim Vasilyev sosial media hesabından ictimaiyyətə müraciət ünvanlayıb. “Uşaqlar köməyinizə ehtiyacım var”, - hücumçu bu cümləni yazıb. O, əvvəlcədən yardım əlini uzadacaq adamlara təşəkkürünü bildirib. Vadim kart hesabını paylaşıb, mobil telefon nömrəsini qeyd edib.

Bizimyol.info xəbər verir ki, son illər Vasilyevin sağlamlığı yerində deyil. Futbolçu bir müddət əvvəl insult keçirib. Müalicə xərclərinin öhdəsindən gəlmək ona çox çətindir. Vadimə futbol təsərrüfatında iş tapılmayıb. O, son illər çox maddi sıxıntı yaşayıb. İndi isə tamamilə tükənib. Vasilyev o qədər çarəsiz vəziyyətdə qalıb ki, sosial şəbəkə vasitəsilə insanlardan dəstək istəməli olub.
Vadim Vasilyev 1972-ci ildə Bakıdan anadan olub. Müstəqillik illərində başladığı peşəkar karyerasında ilk dəfə “Xəzri”nin formasını geyinib. Sonradan “Bakı fəhləsi”ndə görünüb. Hətta iki dəfə Ukraynada legioner həyatı yaşamağa imkan tapıb. Ən çox “Neftçi”dəki çıxışı ilə yadda qalıb. 2003/2004 mövsümündə Bakı klubunun heyətində milli çempionatın bombardiri olub. Vasilyev avrokuboklarda qol vurmağı da bacarıb. “Qarabağ”da da 28 oyun keçirməklə tarixdə qalıb. Çempionluğu “Bakı” ilə yaşayıb. Milli komandada 33 oyun keçirərək 2 qol vurub. Karyerasına 2008-ci ildə son qoyub. Həmin “Muğan”da baxışda olub. Görünür, formada olmadığından, heyətə daxil edilməyib. Bundan sonra Vasilyev futbolla vidalaşıb.
Vadim sonradan futbol təsərrüfatında bir neçə dəfə gözə dəyib. 2009-cu ildə “Xəzər Lənkəran”da İqor Ponomaryovun köməkçisi olub. 2011-ci ildə AFFA ilə aşağı yaş qrupları üzrə məşqçi kimi əməkdaşlıq edib. Belə bir neçə epizodu saymasaq, Vasilyev futbol təsərrüfatında həmişə kölgədə qalıb. Onun laqeydliklə üzləşdiyini əminliklə qeyd etmək olar. Zamanla səhhəti vəfasızlıq edib. Vadim hər yerdən əli üzüləndə insanlara müraciət etmək qərarına gəlib.
Çox təəssüf ki, ölkədə futbol funksionerləri müstəqillik dövrünün ən yaxşı hücumçularından birinə biganə münasibət göstərirlər. İki gün ərzində onun müraciətinə rəsmi səviyyədə reaksiya da olmayıb. Daha çox sadə insanlar futbolçunun halına yanırlar.
“Neftçi”dən bildirilib ki, yaxın saatlarda Vadimə baş çəkəcəklər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ