SON DƏQİQƏ
» » "Şəhərin içində bu nə biabırçılıqdır?" - Nura şikayətləndi

"Şəhərin içində bu nə biabırçılıqdır?" - Nura şikayətləndi

Tarix:

5-04-2024, 21:00

/ 2 803 dəfə oxundu.
"Şəhərin içində bu nə biabırçılıqdır?" - Nura şikayətləndi

Müğənni Nura Suri Bakıdakı tıxaclardan şikayətlənib.
GunAz.az xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında paylaşım edib. O, Babək prospektinin görüntülərini paylaşaraq süni tıxacın yaradılmasına etiraz edib:

"Yenə sərhədi bağlayıblar. Söhbət Babək prospektindən gedir. Elə bil başqa ölkəyə keçiddir, buradan çıxış yoxdur. O tərəf hər yer boşdur, amma buranı bağlayıblar. Baş aça bilmirəm ki, nə etmək istəyirlər, məqsədləri nədir. Niyə bu yol hər dəfə bağlanır? Tıxacın ucu-bucağı yoxdur. Oğlumun futbolu var idi, gedə bilmədi, çünki mümkün deyil. Elə bil başqa ölkədən gəlmişik və bizi digər ölkəyə belə buraxırlar. Şəhərin içində bu nə biabırçılıqdır. Yollar boşdur, süni tıxac yaratmağın mənası nədir axı? Bilən varsa, bir nəfər desin. Bezdiriblər, iki-üç maşın buraxıb, sonra yenidən bağlayırlar".
скачать dle 12.1

Şərhlər