SON DƏQİQƏ

Maştağanın ACINACAQLI YOLLARI

Tarix:

26-03-2024, 10:01

/ 4 253 dəfə oxundu.
Maştağanın ACINACAQLI YOLLARI

Maştağa qəsəbəsində yolların vəziyyəti acınacaqlıdır. Qəsəbənin bir çox küçələri istifadə edilməz haldadır.
Mərkəz küçələrdən sayılan, məşhur "AĞA MEYDAN"ından keçən mərkəzi yolları birləşdirən küçənin alternativ yol olmasını nəzərə alsaq, həqiqətən bu yolun keçilməz olduğu göz qabağındadır. 2-3 il əvvəl əsas mərkəzi yollar və bir sıra məhəllə yollarına asfalt örtüyü çəkilsə də mərkəzi yola birləşən məşhur "AĞA MEYDAN"ından keçən mərkəzi yolları birləşdirən yol təmirsiz qaldı ki, bu da əhalinin haqlı narazılığı ilə qarşılandı. 
Azərbaycanın qədim kəndlərindən olan, şəhərin bir addımlığında yerləşən Maştağada hələ də kanalizasiya sistemi olmadığından 150 000 əhalisi olan qəsəbə sakinləri əziyyət çəkir.
Hətta 6-7 kəndi birləşdirən Zabrat-Maştağa yolu çox pis vəziyyətdədir, bu isə yol hərəkət qaydalarının pozulmasına, qəzalara səbəb olur. Görəsən təm-təraqlı bağlarına gedən vəzifəlilər, "Azəravtoyol"un nəzarətçiləri, İH-nin başçısı bu yoldan keçəndə nə fikirləşirlər? Bəlkə onlar başqa yollarla gedirlər və ya bəlkə yolları bu yana düşmur.  
 Baxmayaraq ki, ölkə başçısı hər il Bakı kəndlərinin abadlaşması üçün maliyyə ayırır, amma bu işlər ala-yarımçıq qalır. Buda yağışlar yağdıqdan sonra, sakinlərin istər avtomobillə istərsədə piyada hərəkətlərinə maneə törədir.
Bununla bağlı aidiyyatı qurumların tədbir görəcəyinə ümid edirik.
Bilman İSAQ




скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ