SON DƏQİQƏ
» » Pakistanın Milli Günü münasibətilə keçirilən paradda Azərbaycan hərbçiləri iştirak ediblər

Pakistanın Milli Günü münasibətilə keçirilən paradda Azərbaycan hərbçiləri iştirak ediblər

Tarix:

23-03-2024, 13:47

/ 2 557 dəfə oxundu.
Pakistanın Milli Günü münasibətilə keçirilən paradda Azərbaycan hərbçiləri iştirak ediblər

Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində martın 23-də Pakistan Günü münasibətilə hərbi parad keçirilib.
GunAz.az-a Müdafiə Nazirliyindən verilən məlumata əsasən, paradda ölkənin siyasi və hərbi rəhbərləri, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.
 
Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti təmsil edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ