SON DƏQİQƏ
» » "Ölüm xəbərimə bu qədər rəhmət gözləmirdim, xoş oldu"

"Ölüm xəbərimə bu qədər rəhmət gözləmirdim, xoş oldu"

Tarix:

23-03-2024, 10:50

/ 2 087 dəfə oxundu.
"Ölüm xəbərimə bu qədər rəhmət gözləmirdim, xoş oldu"

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev “Qapqara” verilişində qonaq olub.
GunAz.az xəbər verir ki, haqqında yayılan ölüm xəbərlərindən danışan bəstəkar sosial şəbəkələrdə özü üçün bu qədər rəhmət yazılacağını gözləmədiyini bildirib:
“Ölüm xəbərim yayılanda xəstəxanada reanimasiyada idim. Xəbər mənə də çatdı ki, səni də öldürdülər (gülür-red.). Bir müddət huşsuz vəziyyətdə idim. Yəni bir sutka özümdə deyildim. Düşündüm ki, ölüm yəqin ki, buna bənzəyir. Sanki uzandım, sonra isə oyandım. Amma sən demə, arasından bir sutka zaman keçibmiş. Bəlkə də ölüm elə şeyə bənzəyir. Bəlkə də başqa şeydir, mən bilmirəm. Çalışdım ki, bu hadisəni zarafata çevirəm. Mənə xeyli rəhmət oxudular. Onu da yoxladım (gülür-red.). Öüm xəbərimə bu qədər rəhmətin olmasını gözləmirdim. Bu qədər çox istəyirmişlər, xoş hisslər oldu”. axsam.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ