SON DƏQİQƏ

Uşaq qidalarına dair yeni tələblər

Tarix:

21-03-2024, 20:30

/ 2 212 dəfə oxundu.
Uşaq qidalarına dair yeni tələblər

Uşaqlar üçün qida məhsullarına dair yeni tələb müəyyənləşib.
GunAz.az xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”nda əksini tapıb.
 
Körpələr və erkən yaşlı uşaqlar üçün qida məhsulları, o cümlədən körpələr və erkən yaşlı uşaqlar üçün tibbi məqsədli qida məhsulları daşınma yolu ilə tərkibinə qida əlavələrinin daşınmasına yol verilməyən qida məhsullarının siyahısına daxil edilib.
Eyni zamanda körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalar, o cümlədən körpələr və erkən yaşlı uşaqlara tibbi məqsədlər üçün hazırlanan qida məhsulları daşınma yolu ilə tərkibinə qida rəngləyicilərinin daşınmasına yol verilməyən qida məhsullarının siyahısında yer alıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ